FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi Türkiyə Respublikasında keçirilən təlimdə iştirak edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə 12 yanvar tarixindən etibarən Ankara şəhərində keçirilən təlimdə uğurla iştirak edir.

Təlimin əsas məqsədi Türkiyə Respublikasının mentorluğu ilə beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasını təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi üçün hazırlığının artırılması, eyni zamanda şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Yanvarın 13-də təlim çərçivəsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentində (AFAD) olublar. Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri ilə görüşüb. Nazir təlimdə iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri AFAD-ın fəaliyyəti ilə yaxından tanış olublar. Qurumun Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan rəhbərlik etdiyi departamentin fəaliyyəti haqqında geniş məlumat verib, həmçinin, AFAD-ın fəaliyyəti haqqında təqdimatlar dinlənilib. Sonra nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Ələsgər Əliyev Azərbaycan FHN-in fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Sonra nəzəri və praktiki olmaqla 2 mərhələdə keçirilən təlimin nəzəri hissəsinə start verilib. AFAD-ın Ankara şəhərində yerləşən Təlim-tədris Mərkəzində reallaşdırılan təlimin birinci - nəzəri mərhələsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti ilə yanaşı Türkiyə Respublikasından olan ekspertlər qrupu da iştirak edib. Nəzəri hissədə beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair təqdimatlar dinlənilib, bu sahədə fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim-tədris Mərkəzinin poliqonunda 36 saat ərzində fasiləsiz olaraq davam edən bu mərhələdə əsas fəaliyyət təbii fəlakət nəticəsində zərər görmüş tikililərin dağıntıları altından zərərçəkmişlərin xilas olunması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi üzrə prosedurların tətbiqindən ibarət olub.

Təlim vaxtı, o cümlədən gecə saatlarında həyata keçirilən beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində olub.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyə Respublikasının ekspertləri tərəfindən yaxından izlənilib.

Təlimə yanvar ayının 18-də yekun vurulacaq.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 28 (670) - 2020-09-24


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)