FHN işçilərinin Həmkarlar İttifaqı əlaqələrini genişləndirir

13-15 yanvar tarixlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Türkiyənin Bayındır Memur-Sen Həmkarlar Təşkilatının dəvəti əsasında Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub. Səfər Azərbaycan FHN işçilərinin Həmkarlar İttifaqı ilə qardaş ölkənin uyğun təşkilatı arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı əməkdaşlığın formalaşdırılması məqsədilə reallaşıb.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ilə Bayındır Memur-Sen Həmkarlar Təşkilatınnın sədri Soner Can Tufanoğlu arasında keçirilmiş görüşdə iki təşkilat arasında dostluq münasibətlərinin qurulması və inkişafı, həmkarlar ittifaqlarının fəaliyyəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Bayındır Memur-Sen Həmkarlar Təşkilatının sədri Soner Can Tufanoğlu 2019-cu ilin noyabr ayında Bakıya etdiyi səfərdən razı qaldıqlarını bildirib, Bakıda onlara göstərilən münasibətə görə təşəkkür edib. Öz növbəsində, Mehman İsmayılov da həmkarına Ankarada onlara göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Görüşün sonunda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ilə Bayındır Memur-Sen Həmkarlar Təşkilatı arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

Səfər çərçivəsində M.İsmayılov Memur Sendikaları Konfederasiyasında olub və sözügedən təşkilatın rəhbəri Ali Yalçın ilə görüşüb. Görüş zamanı hər iki təşkilat barədə məlumat mübadiləsi edilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov həmçinin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentində (AFAD) olub. O, qurumun rəhbəri Mehmet Güllüoğlu tərəfindən qəbul edilib. Departament rəhbəri rəhbərlik etdiyi qurum, habelə onun beynəlxalq humanitar və xilasetmə fəaliyyəti barədə məlumat verib. Öz növbəsində, M.İsmayılov rəhbərlik etdiyi təşkilat barədə geniş məlumat verib, göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirib.

Proqrama uyğun olaraq, Mehman İsmayılov Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamentinin Baş Əməliyyat Departamentinin rəisi Əbdülkadir Tezcan tərəfindən də qəbul edilib. Əbdülkadir Tezcan azərbaycanlı qonağı rəhbərlik etdiyi departamentin fəaliyyəti ilə yaxından tanış edib.

Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin Ankara Bölgə Müdirliyində olub. Bölgə müdiri Soner Tüter M.İsmayılovu qəbul edərək onu Ankara Bölgə Müdirliyinin fəaliyyəti ilə, o cümlədən qurumun maddi-texniki bazası ilə yaxından tanış edib.

Qeyd edək ki, Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Ankara Bölgə müdüri Soner Tüterlə birgə Fəlakət və Fövqəladə Hallar Departamentinin Ankara Bölgə Müdirliyinin bazasında təlimlərdə iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi ilə görüşüb, dəstənin təlim məşqlərini izləyib, onlara uğurlar arzulayıb.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 05 (647) - 2020-02-14


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)