20 Yanvar şəhidlərinin adı tariximizə və qan yaddaşımıza əbədi həkk olunub

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Anım mərasimlərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xüsusi vurğulanıb.

Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə çoxlu sayda günahsız mülki şəxs amansızcasına qətlə yetirilib. Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib. 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra Ulu Öndərin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verilib, həmin tarix Ümumxalq Hüzn Günü elan edilib.

Ulu öndər Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və faciə qurbanlarının ailələrinin ali dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm işlər görür.

Toplantıların sonunda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş olunub.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 06 (648) - 2020-02-21


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)