20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb

Yanvarın 17-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir iştirakçıları, əvvəlcə, faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Akademiyanın rəisi general-mayor Baba Salayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, müstəqilliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi ürəklərdə yaşayır və əbədi olaraq daim yaşayacaqdır. O, qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib. O ağır günlərdə bütün çətinliklərə baxmayaraq ulu öndər Heydər Əliyev respublikamızın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək haqq səsini qaldırıb, faciəni törədənləri kəskin surətdə pisləyib, öz xalqı ilə həmrəyliyini nümayiş etdirərək sovet qoşunlarının Azərbaycandan dərhal çıxarılmasını tələb edib. Sözünə davam edən Akademiyanın rəisi bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliiyev 20 Yanvar şəhidlərinin ailələri və əlillərinin sosial problemlərinin dövlət səviyyəsində həllinə mühüm vəzifələrdən biri kimi daim diqqət yetirir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü, "Qızıl Pəri" mükafatı laureantı Nizami Abbasov 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin ərsəyə gəlməsində tarixi hadisələrin xronoloji ardıcıllığından istifadə edildiyini xatırladıb. Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən "Silahdaşlar" sənədli filmi nümayiş olunub.

*****

FHN-in Mülki müdafiə qoşunlarının tabeliyində olan bütün hərbi hissələrdə Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Hərbi hissələrin yerləşdiyi bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələr ziyarət edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla anılır, "Şəhidlərimiz- azadlığımızın ən uca zirvəsindir" mövzusunda disputlar, 20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecələri keçirilir.

Çıxış edənlər xalqımızın ağır günlərində ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini bildirirlər. Məhz Ümummilli Liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Belə mərasimlərin keçirilməsi şəxsi heyət arasında Vətənimizin tarixində baş verən olayların qan yaddaşına köçürülməsinə, düşmənlərimizə qarşı nifrətin daha da artmasına, əsgərlərimizdə döyüş əzminin yüksəldilməsinə və vətənpərvərlik ruhunun güclənməsinə kömək edir.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 27 (669) - 2020-09-17


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)