Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 16-da Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov bayram münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinə əmin-amanlıq və daimi inkişaf arzulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası və Qətər Dövləti arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə söykənən bu münasibətlər sürətlə inkişaf edir. Dövlət başçılarının son illərdə reallaşdırılmış qarşılıqlı səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsinə xüsusi təkan verib. Bu kontekstdə, 2016-cı ildə dövlət başçılarının qərarı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafı və sosial-iqtisadi həyatın müxtəlif sferalarını əhatə etməsi baxımından müdrik uzaqgörənliklə atılmış addımdır.

Nazir, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıqdan bəhs edərək, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)