Bölgələrdə keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələri yanğından mühafizə qurumlarının fəaliyyəti ilə yaxından tanış olublar

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin strurktur bölmələri bölgələrdə ictimaiyyət nümayəndələri ilə bir sıra görüşlər keçirib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsi rayonun Qaz İstisimarı İdarəsində, MKT İmişli Pambıq qəbulu məntəqəsində, Elektrik Qəza Xidmətində, Lerik rayon Dövlət Yanğından Mühafizə Hissəsi rayonun 1 nömrəli tam orta məktəbində, Zaqatala rayon DYMH Zərifə Əliyeva adına liseydə, Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qurumun inzibati binasında, Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsi Qazma kənd 1 nömrəli tam orta məktəbində, Bərdə rayon Dövlət Yanğından Mühafizə Hissəsi həmin hissənin inzibatı binasında müvafiq qurumların kollektivlərinin, həmçinin sözügedən rayonların digər qurumlarında çalışan əməkdaşların iştirakı ilə təbliğat xarakterli tədbirlər təşkil edib.

Tədbirlərdə yanğınların söndürülməsində və qəza-xilasetmə işlərinin aparılmasında yanğından mühafizə qurumlarının rolu, istismarda olan yanğınsöndürən avtomobillərinin taktiki-texniki göstəriciləri, tənəffüs orqanlarının mühafizə vasitələrinin tətbiqi qaydaları haqqında məlumat verilib, yanğın avtomobillərinin üzərində olan alət və avadanlıqlar, döyüş paltarları və istilik əksetdirici kostyumlar, fövqəladə hallar zamanı kəsici-pnevmatik alətlərlə müxtəlif kəsmə-doğrama əməliyyatları, əsas yanğınsöndürən avtomobilləri ilə döyüş açılışı əyani şəkildə nümayiş olunub. Toplantılarda, eyni zamanda yanğın haqqında məlumatın daxil olması, işlənməsi, həyəcan siqnalı, toplanış, hadisə yerinə yürüş, döyüş açılışı haqqında bilgilər verilib. Görüşlərdə, həmçinin FHN-in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, yanğın təhlükəsizliyinə dair söhbətlər aparılıb.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)