Narkomaniya ümumbəşəri bəladır

FHN-in Mülki müdafiə qoşunlarında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib.

Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının, rayon polis, gənclər və idman idarələrinin, Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən konfransda əsas məqsəd şəxsi heyətin ağ ölümə qarşı mübarizədə maarifləndirilməsi, onlara daha geniş məlumatların verilməsi olub.

Çıxış edənlər bildiriblər ki, bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritetdir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini durmadan artırırlar.

Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdikləri Dövlət Proqramları və verdikləri töhfələrin nəticəsidir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılıb, təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb.

Dövlətimizin başçısının müvafiq sərəncamına əsasən mütəmadi olaraq Mülki müdafiə qoşunlarının tabeliyində olan bütün hərbi hissələrdə "Narkomaniya və psixotrop maddələrin qəbulu, ona meyillilik ictimai-siyasi və döyüş hazırlığını zəiflədən amillərdəndir", "Narkomaniyaya yox deyirik", "Narkotik cinayətkarlığın cəmiyyətdə təzahürləri və onlara qarşı mübarizənin aparılması yolları", "Narkomaniya cəmiyyətin qəddar düşmənidir", "Narkomaniyaya qarşı mübarizə və sağlam həyat" mövzularında məşğələlər, 26 iyun - BMT-nin "Narkotiklərlə Mübarizə günü" ilə əlaqədar aidiyyatı qurumlarla birgə maarifləndirici tədbirlər keçirilir.

Konfransın sonunda şəxsi heyətə "Narkomaniya və ağ ölümün törətdiyi faciələr" mövzusunda sənədli film, video çəkilişlər və "Narkotikdən uzaq durun", "Ağ ölümə yox deyək!" mövzusunda sərgilər, plakatlar, müxtəlif təbliğat-təşviqat vasitələri nümayiş etdirilib.

FHN-nin Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)