Lənkəranda "Sənaye təhlükəsizliyi iqtisadi inkişafın əsas amilidir" mövzusunda seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Cənub Regional Mərkəzində "Sənaye təhlükəsizliyi iqtisadi inkişafın əsas amilidir" mövzusunda seminar-müşavirə keçirib.

Tədbir regional mərkəzin əhatə etdiyi ərazidə yerləşən, Agentliyin nəzarəti altında olan təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinə həsr edilib.

Agentliyin sənaye müfəttişlikləri rəislərinin, baş məsləhətçi-baş müfəttişlərinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu rəhbərliyinin, Fövqəladə Hallar Nazirliyinin məsul işçilərinin, Cənub Regional Mərkəzinin əməkdaşlarının, Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, regionun əhatə etdiyi ərazilərin - Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sənayenin müxtəlif sahələrində çalışan iş adamlarının iştirakı ilə keçirilən seminar-müşavirədə təhlükə potensiallı sənaye obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi məsələləri müzakirə olunub.

Seminar-müşavirəni giriş sözü ilə açan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən tədbirlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin təmin olunmasında, normativ - texniki sənədlərin tələblərinin yerinə yetirilməsində sahibkarların üzərinə düşən vəzifələrdən bəhs edib.

Lənkəran Regional Qaz İstismar İdarəsinin təhlükəsizlik texnikası üzrə mühəndisi Təhmasib Baxşiyev, "Gilan Lənkəran Konserv Zavodu" MMC-nin təhlükəsizlik üzrə mütəxəssisi Qafar Qurbanov, Agentliyin sənaye müfəttişliklərinin məsul işçiləri - Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi İntiqam Salmanov, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi Rəfail Hacıyev, Dövlət reyestrinin aparılması və məlumat şöbəsinin məlumat sisteminin yaradılması sektorunun müdiri Namik İsmayılov çıxışlarında respublikamızda son illərdə sənayenin müxtəlıf sahələrində baş vermiş qəza və bədbəxt hadisələrin araşdırıldığını bildirib, onların vaxtında qarşısının alınması istiqamətində görüləcək qabaqlayıcı-profilaktik tədbirləri seminar iştirakçılarının diqqətinə çatdırıb, eyni zamanda Cənub regionunda yerləşən və Agentliyin nəzarətində olan obyektlərdə texniki təhlükəsizliyin vəziyyəti barədə ətraflı məlumat verilib, mövcud çatışmazlıqlardan söz açıblar.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktor müavini Natiq Seyidəhmədov sənaye təhlükəsizliyinin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə müşavirə iştirakçılarına məlumat verib. O, həmçinin əsas istiqamətlərdən biri kimi tədris-təlim, ümumiyyətlə maarifləndirmə işlərinin genişləndirilməsi, texniki təhlükəsizlik məsələləri üzrə biliklərin artırılmasının müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)