FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri "İnşaatçılar" metrostansiyasında təlim-məşq keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri "Bakı Metropoliteni" QSC-nin "İnşaatçılar" stansiyasında təlim-məşq keçirib.

Təlim-məşqə hər iki dövlət xidmətinin əməkdaşları ilə yanaşı metropoliteninin işçiləri də cəlb olunublar. Stansiyanın kabel kollektorunda quraşdırılmış işıqforun tənzimləmə droselində baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin məqsədi olub.

Tədbirdə şərti yanğın baş verən zaman stansiyanın növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə yanğının baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in "112" qaynar xətti"nə yanğın barədə məlumat verilib. Daha sonra DYMX-nin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüblər.

Təlim-məşq başa çatdıqdan sonra yanğınsöndürənlər tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)