Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Tikintidə qiymətqoyma və smeta-normativ sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisində qiymətqoymanın resurs metodunun tətbiqi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Aparılan işlər çərçivəsində Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin dəvəti ilə cari ilin 26-30 oktyabr tarixlərində "Tikintidə vahid qiymətlər və BİM-texnologiyalar" mövzusunda keçirilən beynəlxalq konfransda və praktiki seminarda iştirak etmək məqsədilə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Türkiyə Respublikasının Antalya şəhərində səfərdə olub.

Konfransda R.Lətifov məruzə ilə çıxış edərək tikintidə dövlət nəzarəti məsələləri və həmçinin, tikintidə smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi üzrə aparılan tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Konfransın işində iştirak edən Türkiyə, Qazaxıstan, Belarus və Ukrayna respublikalarının, Rusiya Federasiyasının və digər ölkələrin mütəxəssisləri ilə tikintidə smeta normalaşdırılması və qiymətqoyma, BİM texnologiyaları və digər müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının tikinti fəaliyyətində qiymətqoyma Komissiyasının sədrinin 17 sentyabr 2019-cu il tarixli 48 nömrəli dəvət məktubuna əsasən Komissiyanın növbəti 12-ci iclasının həmin konfrans çərçivəsində  Türkiyə Respublikasının Antalya şəhərində keçirilməsi və həmin iclasda Komissiya üzvləri olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının iştirak etməsi təklifi daxil olub. Komissiya sədrinin müavini, Agentliyin Elm, texnika və smeta normaları şöbəsinin müdiri Qumalat Babayev həmin konfrans çərçivəsində keçirilən Komissiyanın növbəti 12-ci iclasına sədrlik edib.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)