FHN-in Mülki müdafiə qoşunlarında hərbi qulluqçuların fiziki hazırlığı və idman tədbirləri daim diqqət mərkəzində saxlanılır

Fiziki hazırlıq FHN-in Mülki müdafiə qoşunlarının döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətlərindən biri olmaqla, onun mühüm və ayrılmaz hissəsidir. Hər bir hərbi qulluqçu idman hazırlığına görə fərdi məsuliyyət daşıyır və daim müəyyən edilmiş tələbləri yerinə yetirməyə çalışmaları yerinə yetirməli, hərbi-tətbiqi idman növləri ilə məşğul olmalıdır. Müntəzəm idmanla məşğul olan hərbi qulluqçuda fiziki keyfiyyətlər inkişaf edir, yeni hərəkət vərdişləri formalaşır, hərəkətlərin koordinasiyası yaxşılaşır və nəticə etibarilə sağlamlığı möhkəmlənir.

Mülki müdafiə qoşunlarında hərbi qulluqçuların fiziki hazırlığı və idman tədbirləri daim diqqət mərkəzində saxlanılır. Günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular idman hərəkətlərini yerinə yetirirlər. Hərbi hissələrdə bölmələr arasında, qoşunlarda isə hərbi hissələr arasında vaxtaşırı olaraq müxtəlif idman yarışları keçirilir. Hərbi qulluqçular öhdələrinə düşən fəzifələrin öhdəsindən uğurla gəlirlər.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)