Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin regional idarələri təhsil, səhiyyə müəssisələrində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə "İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları", "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti"nə nə vaxt zəng etməli?", "Odsöndürənlərdən istifadə qaydası" barədə, həmçinin yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib. Yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqınlar zamanı davranış qaydaları", "Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı təhlükəsi", "112" qaynar xətti" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Sonda maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları paylanılıb, suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Cəlilabad Tibb Kollecində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Təhsil şöbəsinin əməkdaşları və kollecin kollektivi iştirak edib.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə, eyni zamanda "112" qaynar xətti" haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub.

Sonda tədbir iştirakçılarına videoçarx nümayiş olunub, maarifləndirici yaddaş kitabçaları paylanılıb.

***

FHN Qarabağ Regional Mərkəzi Ağdam rayonu 4 nömrəli Peşə məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-in Qarabağ Regional Mərkəzinin, FHN Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, müəssisə kollektivi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslin təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma üsulları barədə biliklərinin təkmilləşdirilməsi olub.

İştirakçılara mövzularla bağlı videoçarxlar nümayiş olunub, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanıb, mövzular barədə dinləyicilərin sualları cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Biləsuvar rayonu, 6 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti və sair mövzularda geniş məlumat veriblər. O cümlədən, "Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır" mövzusunda davranış qaydaları izah edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Xırdalan şəhər 27 ?-li uşaq bağçasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərliklərdə təhlükəsizlik qaydaları" və "112 qaynar xətti" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)