Heydər Əliyev adına neft emalı zavodunda yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti neft və neft emalı sənayesi müəssisələrində yanğından mühafizə işinin daha da etibarlı təmin olunması üçün Heydər Əliyev adına Neft Emalı Zavodunun 3 nömrəli istehsalatının 201 saylı əmtəə parkında "Neft məhsulları saxlanılan çənlərdə yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində məqsəd çənlərdə yanğın baş verdikdə texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətə yönəldilməsini, yüksək saylı çağırışla vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanmasını, yerləşdirilməsini və onların idarə olunmasını məşq etdirmək olub. Həmçinin təlimdə əməliyyat sənədlərinin aparılmasını, yanğın zamanı rabitə və arxa sahənin təşkil olunmasını, yanğınsöndürmə növbələrinin rəis və onların köməkçilərinin yanğını söndürərkən onlara tabe olan şəxsi heyətlə döyüş əməliyyatlarının aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələrini, yanğının söndürülməsinə cəlb olunan şəxsi heyətin ekstremal şəraitlərdə yanğınların söndürülməsi vərdişlərini və döyüş hərəkətlərınin aparılması qaydalarını, obyektdə xidmət edən operatorların yanğın zamanı ilkin hərəkətlərini məşq etdirmək əsas hədəflər sırasında yer alıb.

Genişmiqyaslı və mürəkkəb yanğınların söndürülməsi zamanı qüvvə və vasitələrin idarə edilməsi üzrə taktiki təfəkkürün və əməli vərdişlərin təkmilləşdirilməsi məqsədi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda keçirilən yanğın-taktiki təlimdə qarşıya qoyulan vəzifə vaxtında yerinə yetirilib.

Təlimdən sonra əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyini və nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları və yol verilmiş nöqsanlar müzakirə edilib, onların gələcəkdə təkrar olunmaması üçün müvafiq tapşırıqlar verilib.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)