Fövqəladə hallarla bağlı davranış qaydaları izah edilib

Oktyabrın 25-də Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşları və gimnaziyanın müəllim və şagird heyəti iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən gimnaziyanın direktoru Aytən Əhmədova tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva cıxış edərək fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsi işinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin Əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş məsləhətçisi Turqay Abbaslı və baş zabit leytenant Samir Rzalının fövqəladə hallarda təhlükəsiz davranış qaydaları mövzusunda müxtəlif məruzə və təqdimatları ilə davam edib.

Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)