FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində tədris-metodiki toplantı keçirilib

Oktyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində "2019-cu ilin çimərlik mövsümündə Xidmətin fəaliyyətinin təhlili, texnika və avadanlıqların konservasiyaya hazırlığı" mövzusunda tədris-metodiki toplantı keçirilib.

Toplantıda xidmətin rəhbərliyi, aparatın şəxsi heyəti, dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, eləcə də regional şöbələrin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan xidmətin rəisi, daxili xidmət general-mayoru Rüfət Fəradov 2019-cu ilin çimərlik mövsümü ərzində su obyektlərində baş vermiş suda boğulma hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, gələcək planlardan danışıb.

Daha sonra xidmətin struktur bölmələrinin əməkdaşları 2019-cu ilin çimərlik mövsümündə xidmətin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydaları, xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına dair hesabat xarakterli çıxışlar ediblər.

Sonda xidmət rəisi insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha da səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)