Fövqəladə hallarla bağlı davranış qaydaları
Avtomobil qəzaları

Avtomobil qəzaları zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl etməklə həyati təhlükələrdən xilas ola bilərik.

Qəza zamanı nə etməli:                         

- qəza zamanı, ilk növbədə, başınızı qoruyun;

- avtomobili idarə edirsinizsə, sükandan möhkəm tutaraq oturacağa sıxılın;

- ön oturacaqda əyləşmisinizsə, oturacağa möhkəm sıxılıb əllərinizlə başınızı qoruyun;

- arxa oturacaqda əyləşmisinizsə və mümkündürsə, yerə əyilib əllərinizlə başınızı qoruyun;

- yanınızda uşaq varsa, onu bədəninizə sıxıb qoruyun.

Qəzadan sonra nə etməli:

- təşvişə düşməyin və sakitliyinizi qoruyun;

- təhlükəsizlik üçbucağı və qəza işıqlarından istifadə etməklə ətrafdakıları xəbərdar edin;

- qəza ciddidirsə, "112" qaynar xəttinə məlumat verin;

- qəza kiçik olsa belə, "102" qaynar xəttinə məlumat verin;

- xəsarət alan varsa, təcili yardım çağırın;

- qəza nəticəsində avtomobilin alışma ehtimalı olduğundan vəziyyəti dəqiq qiymətləndirin;

- qapıları açmaq mümkün deyilsə, pəncərəni açaraq və ya sındıraraq avtomobili tərk edin;

- qəza ciddidirsə, mümkün yanğın və ya partlayışdan qorunmaq üçün maşını tərk edərək ərazidən uzaqlaşın.

Avtomobil suya düşən zaman nə etməli:

- avtomobil suya düşdükdə dərhal təhlükəsizlik kəmərini açın və vaxt imkan verirsə, artıq geyimlərdən azad olun, vacib sənədlərinizi və pulunuzu götürün;

- əgər avtomobil hələ tam batmayıbsa və suyun üzərindədirsə, qapını açıb avtomobildən çıxın;

- əgər avtomobil batırsa, nəzərə alın ki, qapı açıldıqda avtomobil sürətlə bata bilər. Bu səbəbdən, həm də su avtomobilin elektrik sistemini sıradan çıxardığından küləyə qarşı ön və ya arxa alın pəncərələri ("podpres") sındıraraq maşını tərk edin və cəld suyun üzərinə qalxın.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)