Fövqəladə Hallar Nazirliyinin karateçiləri "Olimpiya ümidləri" turnirində uğurla çıxış ediblər

Sentyabrın 28-29-da Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş "Olimpiya ümidləri" adlı Karate üzrə beynəlxalq turnir keçirilib.

67 komandadan 800-dən çox idmançının mübarizə apardığı yarışa Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Budokan" idman klubunun idmançıları da qatılıblar.

FHN-in komandası beynəlxalq turnirdə İdman-Sağlamlıq Mərkəzinin məşqçi-müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komandanın üzvləri Altay Hüseynli 10-11 yaşlı idmançılar arasında 40 kq çəki dərəcəsində 5 döyüş, Seyidəli Fəttahlı 9 yaşlı idmançılar arasında 28 kq çəki dərəcəsində 5 döyüş, Hüseyn Əzizov 8 yaşlı idmançılar arasında 23 kq çəki dərəcəsində 4 döyüş, Nərmin Əhmədova 11 yaşlı idmançılar arasında 35 kq çəki dərəcəsində 2 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olublar. Komandanın digər üzvləri Zamiq Əliyev 7 yaşlı idmançılar arasında 28 kq çəki dərəcəsində 5 döyüş, Əli Əliyev 10 yaşlı idmançılar arasında 35 kq çəki dərəcəsində 4 döyüş, Məryəm Bayramova 10 yaşlı idmançılar arasında 30 kq çəki dərəcəsində 3 döyüş keçirərək gümüş medal qazanıblar. Əli Səfərov 10-11 yaşlı idmançılar arasında 30 kq çəki dərəcəsində 4 döyüş, Arif Salayev 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 3 döyüş keçirərək bürünc medallar qazanıblar.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)