DYMX-in Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi "Ən yaxşı manqa" baxış-müsabiqəsinin qalibi olub

Sentyabrın 27-də Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətində FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə "Ən yaxşı manqa" adı uğrunda baxış-müsabiqə keçirilib.

Yanğından mühafizə qurumlarının əməliyyat-xidməti fəaliyyətində, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbul olunmasında manqaların peşə hazırlığının yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən müsabiqədə Bakı və Sumqayıt şəhərlərinin yanğın qarnizonları üzrə dislokasiya olunmuş Dövlət Yanğından Mühafizə qurumlarının 39 komandasından 263 yanğınsöndürən iştirak edib. Müsabiqədə, həmçinin əməkdaşların döyüş hazırlığının tərkib hissəsi olan yanğın-xilasetmə hazırlığının inkişafı, eləcə də ekstremal şəraitdə şəxsi heyətin öz xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin aşılanması və dözümlüyünün artırılması, şəxsi heyətin taktiki hazırlığının səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilib.

"Ən yaxşı manqa" adı uğrunda keçən baxış-müsabiqədə birinci yerə Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, ikinci yerə Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, üçüncü yerə isə Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi çıxıb.

"Ən yaxşı manqa" adı uğrunda keçən baxış-müsabiqənin qalibləri FHN işçilərinin Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)