FHN-in Gəncə Regional Mərkəzi Gədəbəydə dəyirmi masa keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində "Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi, mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi tədbirlərinin, digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsi" mövzusunda dəyirmi masa keçirib.

Tədbirin keçirilməsində məqsəd idarə, müəssisə və təşkilatların, müvafiq xidmətlərin, yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatların, müvafiq xidmətlərin, yerli özünüidarəetmə orqanların rəhbərlərinin iştirakı ilə keçirilən dəyirmi masada müəssisə rəhbərləri ilə Gədəbəy rayonu ərazisində köçürülmənin planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edən normativ hüquqi sənədləri, fövqəladə hallar zamanı köçürmənin üsulları, sülh və müharibə dövrlərində əhalinin köçürülməsi zamanı davranış qaydaları, köçürmə tədbirlərinin təminatı, qərarların qəbul edilməsi barədə müzakirələr aparılıb, mövzulara aid əyani dərs vəsaitləri, videoçarxlar təqdim olunub.

Sonda tədbir iştirakçılarına əhalinin köçürülmə planlarının tərtibatı və məlumatların toplanması qaydaları barədə tövsiyələr verilib.

Sonra rayonun Miskinli kəndinin əhalisi ilə görüş təşkil olunub. Görüşdə ilkin tibbi yardım qaydaları, təbii və texnogen mənşəli fövqəladə hallardan qorunma qaydaları haqqında çıxışlar edilib, suallar cavablandırılıb.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)