Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Milli Elmlər Akademıyasının müraciəti əsasında Akademiyanın Mərkəzi Elmi Kitabxanasında yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in fəaliyyəti və Dövlət Yanğın Nəzarəti Xidməti barədə geniş məlumat verilib, yanğın təhlükəsizliyi qaydaları barədə danışılaraq suallar cavablandırılıb, ilkin yanğınsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumatlar verilib.

Xidmət tərəfindən hazırlanmış "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzusunda yaddaş vərəqələri və "İnzibati binaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçası tədbir iştirakçılarına paylanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Şəmkir rayon Çinarlı qəsəbəsi E.Həsənov adına 1 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri təşkil edib.

Tədbirdə zəlzələ, "112" qaynar telefon xətti", dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Füzuli rayonu Kərimbəyli kənd və Ağcabədi şəhər 1 nömrəli tam orta məktəblərində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Zəlzələ", "Sel və daşqınlar", "Dəm qazı", "112 qaynar xəttinə müraciət qaydaları", "Odsöndürən balonlardan istifadə qaydaları" mövzularında məlumatlar verilib, mövzulara aid videoçarxlar nümayiş etdirlib. Sonda kollektivi maraqlandıran suallar cavablandırılaraq, maarifləndici çap materialları paylanıb.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonu Türkoba kənd ümumi orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Toplantıda Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Meşədə yanğın təhlükəsizliyi qaydaları", "Dəm qazı" və "112" qaynar xətti" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayonu Gedəzeyxür tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib, mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Ağdaş rayon Ərəbocağı kənd tam orta məktəbinin kollektivi ilə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı", Sel və daşqınlar zamanı davranış qaydaları","Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı təhlükəsi", "112" qaynar xətti" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.

Sonda maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları paylanılıb, suallar cavablandırılıb.

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)