"Bulla-dəniz" yatağında yerləşən 6 sayli platformada "Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər" mövzusunda nəzəri-praktiki seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti N.Nərimanov adina Neft-Qaz Çixarma İdarəsinin "Bulla-dəniz" yatağında yerləşən 6 sayli platformada yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tədbir keçirib.

"Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər" mövzusunda keçirilən nəzəri-praktiki seminarda mühəndis-texniki işçilərə, fəhlə və qulluqçulara ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalar, su mənbələrinə və digər obyektlərə keçid yollarla bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilib.

Mühəndis-texniki işçilər, fəhlələr ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri haqqında məlumatlandırılıb, yanğına qarşı su təchizatı ilə bağlı tələblər haqqında ətraflı danışılaraq yanğın avadanlıqlarına qoşulmuş su şəbəkəsinin tələb olunan təzyiqi və yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməsinin vacibliyi xüsusi olaraq diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, yanğın təhlükəsizliyinin təmin olunmasında ən vacib vəzifələrdən biri də müəssisələr tərəfindən mühəndis və texniki işçilərə yanğın təhlükəsizliyi tələblərinin öyrədilməsi, bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkil olunmasıdır.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında ətraflı məlumat verilib, odsöndürənlərdən istifadə olunma qaydası əyani şəkildə nümayiş olunub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)