Mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində "2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı"na əsasən, "Sanitar manqa komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış manqaların sanitar manqa komandirləri iştrak edib. Kurslarda müəssisədə baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

***

FHN-in Aran Regional Mərkəzində "2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı"na əsasən mülki müdafiə kursları təşkil olunub. Kurslar "Radiasiya və kimyadan mühafizə manqalarının komandirləri" kateqoriyası üzrə keçirilib.

Kurslarda iştirak edən dinləyicilər üçün əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər təşkil edilib. Məşğələlərdə, həmçinin dinləyicilərə ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumatlar verilib.

Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün Aran Regional Mərkəzinin digər struktur bölmələrinin əməkdaşları da tədris prosesinə cəlb olunublar.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim edilib.

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)