FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətləri Bakı Metropoliteni QSC-də təlim-məşq keçirib

Oktyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteni QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında təlim-məşq keçirib.

Təlim-məşqə Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları ilə yanaşı Metropolitenin işçiləri də cəlb olunublar.

Vaqon parkında 18-ci yolda dayanan qatarın ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin məqsədi olub.

Tədbirdə şərti yanğın baş verən zaman vaqon parkının növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə yanğının baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in "112" qaynar xəttinə yanğın barədə məlumat verilib. Daha sonra DYMX-nin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğın avtomobili və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüblər.

Təlim-məşq başa çatdıqdan sonra yanğınsöndürənlər tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsi



Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)