Səhiyyə işçilərinə fövqəladə hallarla bağlı davranış qaydaları haqqında ətraflı məlumat verilib

FHN-in Qarabağ Regional Mərkəzinin təşkilatçılığı, FHN-nin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Xocavənd rayonu Tuğ kənd Xəstəxanasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyıb.

Müəssisənin rəhbər işçilərinin, həkim və tibb personalının iştirak etdiyi görüşdə əməkdaşlar "Zəlzələ", "Dəm qazı", "Sel və daşqın"," Əyində geyim yanarkən davranış qaydaları", "101 və 112 qaynar xəttinə müraciət qaydaları" və "Odsöndürən balonlardan istifadə qaydaları" mövzularında çıxışlar edib,  videoçarxlar nümayiş olunub, iştirakçılara təbliğat materialları paylanılıb.

Sonra səhiyyə müəssisəsinin təxliyə planının müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, müəssisənin ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tibb işçilərinin diqqətinə çatdırılıb.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)