FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib

30 sentyabr-1 oktyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

"Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təbii fəlakət nəticəsində zərərçəkmiş ölkədə humanitar əməliyyatlarda iştirakı" mövzusunda keçirilən təlimin əsas məqsədi Dəstənin şəxsi heyətinin İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində bilik və bacarıqlarının daha da artırılması, eləcə də şəxsi heyətin İNSARAG beynəlxalq sinifləndirilməsindən keçməyə hazırlığının yüksəldilməsindən ibarət olub.

İki mərhələdə keçirilən təlimin birinci mərhələsində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda beynəlxalq humanitar əməliyyatlar zamanı fəaliyyətə dair məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimin ikinci mərhələsində əsas səylər Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin, eləcə də Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyətinin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı həmçinin beynəlxalq humanitar əməliyyatlar zamanı İNSARAG işarələmə sisteminin tətbiqi, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 41 (639) - 2019-12-06


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)