Yanğın təhlükəsizliyi qaydaları izah edilib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi  Bakı şəhərində yerləşən 3 saylı Qadın Məsləhətxanası və "Landmark" biznes mərkəzində, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Respublika Perinatal Mərkəzində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi "MKT" MMC-nin Yevlax rayon pambıq qəbulu məntəqəsi və Göyçay şəhər 8 saylı Körpələr evi-uşaq bağçasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Piran kənd tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Fin qəsəbə tam orta məktəbi və Uşaq bağcasında, Füzuli rayon Əhmədalılar kənd Uşaq bağcasında, Füzuli rayon Telekommunikasiya Qovşağında, Beyləqan şəhər 2 saylı Uşaq bağcasında, Beyləqan şəhər 5 saylı tam orta məktəbində, Ağcabədi şəhər Kommunal İstismar İdarəsi və Bərdə şəhər 5 saylı tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayon, Piratman Gəncəli kənd tam orta məktəbində, Hacıqabul rayon Meyniman kənd tam orta məktəb və Şirvan rayon Telekommunikasiya Qovşağında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə "İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları", "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti"nə nə vaxt zəng etməli?", "Odsöndürənlərdən istifadə qaydası" barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib. Yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)