Hərbi qulluqçuların peşəkar bacarıq və vərdişlərə yiyələnməsi təkmilləşdirilir

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında təcrübəli zabitlər tərəfindən gizir, çavuş və MAXE-lər üçün rabitə, mühəndis və atəş hazırlığı dərsləri keçirilib.

Qeyd etmək lazımdır ki, döyüş hazırlığı dərsləri özündə tədris prosesinin təşkil edilməsini, rabitə, mühəndis və atəş hazırlığının tələb olunan səviyyədə saxlanmasını və təkmilləşdirilməsini, bölmələrin, hərbi hissələrin təyinatları üzrə tapşırıqları yerinə yetirmələri üçün uzlaşmalarını əks etdirir. Döyüş hazırlığı, həmçinin, hərbi hissə və bölmələrin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasına hazır olmaları və hərbi qulluqçuların peşəkar bacarıq və vərdişlərə yiyələnməsini qarşısına məqsəd qoyur.

Tək-tək və fərdi hazırlıq isə bölmələrin uzlaşmasının gedişində zabit, gizir, çavuş və əsgərlərin tutduqları vəzifələrə uyğun vəzifə və ixtisas borclarını yerinə yetirmələri üçün biliklərinin, bacarıqlarınin, peşəkar vərdişlərinin lazımi səviyyədə saxlanmasını və təkmilləşdirilməsini nəzərdə tutur.

Şəxsi heyətin peşəkar hazırlığı üçün bu dərslərin keçirilməsi zəruridir. Belə ki, hərbi qulluqçular rabitə hazırlığı məşğələlərində, Mülki müdafiə qoşunlarında istifadə olunan rabitə vasitələri barədə keçirilən dərslərdə, rabitənin təşkili, qısa və ultra dalğalı radiostansiyaların texniki xarakteristikaları, mahiyyəti və təyinatları haqqında biliklərini təkmilləşdirirlər. Bu məşğələlərdə Mülki müdafiə qoşunlarında istifadə olunan mühəndis priotexniki avadanlıqlar haqqında geniş məlumat verilir. Belə ki, onlara yaşayış və qeyri-yaşayış sahələrində pirotexniklərin mənşəyi məlum olmayan partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün bombaçının geyim dəstindən istifadə olunması tövsiyə olunur. Bombaçının zərərsizləşdirmə dəsti partlayıcı maddələrin bir yerdən başqa yerə daşınması və zərərsizləşdirilməsi işlərini yerinə yetirməsi zamanı pirotexniklərin həyati təhlükəsizliyini qorumaq üçün təyin olunur.

Atəş hazırlığı məşğələsində elektron təlim atəş trenajorunda (ETAT)-TAÇ-1 təlim atəş çalışmasının praktiki yerinə yetirilməsi, düzgün nişan almanın öyrədilməsi, silah və sursatla davranma zamanı komandaların düzgün verilməsinin öyrədilməsi, praktiki olaraq şəxsi heyətin hər biri tərəfindən yerinə yetirilməsi, təhlükəsizlik qaydalarına riayət edilməsi izah olunur.

FHN-in Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi


Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 41 (639) - 2019-12-06


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)