Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin buxar və qazların yığılması ehtimal olan istehsalat otaqlarında təhlükəsizlik tədbirləri

Neft, qaz və neft-kimya sənayesi müəssisələrində partlayış təhlükəli buxar və qazların yığılması ehtimal olan istehsalat otaqlarında partlayışın qarşısını almaq üçün zəruri olan bir sıra təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Birinci növbədə mütəmadi  olaraq işçi zonaların hava mühitinə nəzarət həyata keçirilməli,   müvafiq təlimatlara əsasən hava mühitinə nəzarət   təşkil olunmalıdır.

  İstehsalat otaqlarında hava mühitinə nəzarət edən avtomatik siqnalizasiya sistemləri qəza ventilyasiya sistemi ilə bloklanmalı, siqnalizasiya sistemləri işıq və səs xəbərvericiləri ilə təchiz olunmalıdır. İşçi zonanın hava mühitində neft buxarlarının və qaz-hava qarışıqlarının miqdarı yol verilən həddən yüksək olduqda siqnalizasiya sistemi işə düşməlidir.

   Partlayış təhlükəli otaqlarda, zonalarda quraşdırılan yanğın xəbərverici vasitələr otaqlarda və xarici qurğular yerləşən zonalarda yarana biləcək partlayış təhlükəli qarışıqların qrupuna və kateqoriyasına uyğun olmalıdır.

  Buxar və qazların partlayış həddinə qədər (aşağı partlayış həddini) qatılığını təyin edən stasionar siqnalizasiya vasitələrinin quraşdırılması neft sənayesi müəssisələrinin istehsalat otaqlarında stasionar qaz analizatorlarının və siqnalizatorların quraşdırılma tələblərinə uyğun aparılmalıdır.

  Stasionar avtomatik siqnalizatorlar olmadıqda işçi zonanın hava mühitinə nəzarət müəyyən olunmuş cədvəl üzrə daşınan yarımavtomat siqnalizasiya cihazları, ekspress-analiz və yaxud fiziki-kimyəvi üsulu ilə həyata keçirilməlidir.

Partlayış təhlükəli qazların, buxarların, tozların yığılma ehtimalı olan yerlərdən hava nümunəsinin götürülməsi sexin nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir.

  İşçi zonaların hava mühitinə vaxtaşırı nəzarət müəssisənin, sexin sənaye-sanitariya və ya kimya laboratoriyası, həmçinin qazdan xilasetmə xidməti və ya xüsusi yaradılmış qruplar tərəfindən aparılmalıdır.

Ayrı-ayrı hallarda istehsalat zərurəti ilə bağlı işçi zonanın hava mühitinə nəzarəti aparmaq üçün obyektin xidməti heyəti cəlb oluna bilər. Bu şəxslər mobil (daşınan) siqnalizatorlarla işləmə və hava nümunəsinin götürülməsi qaydalarını bilməli, onların ixtisasartırma-tarif komissiyası tərəfindən verilmiş vəsiqələri olmalıdır.

FHN Dövlət Yanğından Mühafizə  Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)