Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sentyabrın 19-da Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb. Nazir Kəmaləddin Heydərov, ilk növbədə, səfir Örl Litzenberqeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.

Nazir, həmçinin, qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirin diqqətinə çatdırıb.Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub. 

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2019-cu il tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.Nazir Kəmaləddin Heydərov, ilk növbədə, səfir Örl Litzenberqeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib. Nazir, həmçinin, qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirin diqqətinə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)