Respublika ərazisində baş vermiş hadisələr

••• Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

••• Abşeron rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 42 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

••• Xaçmaz rayonunda ümumi sahəsi 80 m2 olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konsturksiyaları 40 m2 sahədə və içərisində olan ərzaq malları qismən yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

••• Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

••• Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh və Zağulba sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

••• Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 171 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə, hamam otağında su qızdırıcısı və lambirindən ibarət tavan 1 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

••• Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

••• Quba rayonunun Zərqava kəndində ümumi sahəsi 30 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi, yaxınlıqdakı ev və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

••• Ağcabədi rayonunun Poladlı kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

••• Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m2 olan 1 otaqlı mənzildə ev əşyaları 10 m2 sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)