Respublika ərazisində baş vermiş hadisələr

••• Sabirabad rayonunun Güdəcühür kəndində ümumi sahəsi 100 m2 olan kürsülü, birmərtəbəli 2 otaq və eyvandan ibarət evin tavanının, çardağının yanar konstruksiyaları 70 m2 sahədə və bir otağının döşəməsi 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 55 m2 olan birmərtəbəli 3 otaqlı evin bacasının ətrafı 5 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda çarpayıdan yıxılan ağırçəkili kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərmişdir.

••• Quba rayonunun Zərdabi qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus sahələrə yığılmış ümumilikdə 13 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. 

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər.

••• Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli binanın zirzəmisində 1 ədəd elektrik tənzimləyicisi yanmışdır. Zirzəmi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Oğuz rayonunda ümumi sahəsi 190 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin zirzəmisinin tavanı 2 m2 sahədə və 1 otağının döşəməsi 2 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Sabirabad rayonunun Qalağayın kəndində həyətyanı sahədə ümumi sahəsi 520 m2 olan köməkçi tikilinin tavanı 5 m2 sahədə və 65 m2 sahəyə səpilmiş taxta yonqarı yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər.

••• Şamaxı rayonunun Quşçu kəndində ümumi sahəsi 100 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)