Respublika ərazisində baş vermiş hadisələr

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər.

••• Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 12 kv.m sahədə, dam örtüyü 20 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan evin dəhlizinin lambirindən ibarət tavanı 10 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Ucar rayonunun Rəstəcə kəndində ümumi sahəsi 400 kv.m (hər mərtəbəsi 200 kv.m) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları və dam örtüyü 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Ağstafa rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və salonunun üzlük hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər.

••• Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 10 kv.m sahədə və ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 2 kv.m sahədə yanmışdır. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Yardımlı rayonunun Ünəç kəndində ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və tikiliyə bitişik, ümumi sahəsi 80 kv.m olan talvarın altına yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Tikilinin, ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur.

••• Sumqayıt şəhərində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 6 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)