Respublika ərazisində baş vermiş hadisələr

••• Bakı şəhərinin Yasamal rayonunda traktor qoşqusunun yanar hissələri yanmışdır. Yüksək temperaturdan yaxınlıqda dayanmış "Hyundai" markalı minik avtomobilinin arxa buferi və "Mitsubishi" markalı minik avtomobilinin qabaq buferi qismən ərimişdir. Avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər.

••• Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 40 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları 25 kv.m sahədə və ümumi sahəsi 30 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın zamanı 4 nəfər xəsarət almışdır. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

••• Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)