Respublika ərazisində baş vermiş hadisələr

••• Ağcabədi rayonunun Avşar kəndində 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Bakı şəhəri, Xəzər rayonunda ikimərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Bərdə rayonu, Mollagüllər kəndində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. 

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)