Respublika ərazisində baş vermiş hadisələr

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər.

••• Xaçmaz rayonu, Yergüc kəndində ümumi sahəsi 1300 m2 olan soyuducu anbarın (hazırda fəaliyyət göstərmir) divarlarının şüşə-pambıq üzlüyü 100 m2 sahədə yanmışdır. Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə  Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın cəsədi (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)