Respublika ərazisində baş vermiş hadisələr

•••Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər.

•••Ağdaş rayonu, Mürsəl kəndində ümumi sahəsi 425 m2 olan inzibati binada 2 otağın və dəhlizin yanar konstruksiyaları 57 m2 sahədə yanmış, yüksək temperaturdan foyenin lambirdən ibarət tavanı 56 m2 sahədə ərimişdir. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Yanğından qonşu evlər mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 25 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••Masallı rayonu, Təzəkənd kəndində ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 40 m2  sahədə və çardağı 16 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)