Respublika ərazisində baş vermiş hadisələr

•••  Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə, ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış cəsədi aşkar edilmişdir. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Hər iki evin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1957-ci il təvəllüdlü Lobov Vitali Nikolayeviçin cəsədini aidiyyəti üzrə təhvil vermişlər.

•••  Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••  Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 3 m2 olan gözətçi köşkü yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••  Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 14 m2 olan taxta konstruksiyalardan ibarət tövlə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••  Bakı şəhəri, Nizami rayonunda "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

•••  Balakən rayonu, Roçəhməd kəndində ümumi sahəsi 76 m2 olan talvarın altına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)