Mənzildə yanğın zamanı davranış qaydaları

Mənzildə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edin:

- yaşadığınız ünvanın giriş və çıxışlarını, təxliyə yollarını, su hidrantlarının yerini əvvəlcədən öyrənib yadda saxlayın;

- "112" qaynar xəttinə zəng vuraraq yanğın haqqında məlumat verin;

- mümkündürsə, yanğını söndürməyə çalışın. Yanğını odsöndürücü, palaz, keçə, qum və su ilə söndürmək olar;

- hava axınının yanğını şiddətləndirməməsi üçün qapı və pəncərələri bağlayın;

- tüstüdən qorunmaq üçün ağız və burnu nəm dəsmalla bağlayın;

- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan tüstülənmiş mənzildə əyilərək və ya sürünərək hərəkət edin;

- yanğınla mübarizə apara bilmirsinizsə, sənəd və qiymətli əşyalarınızı götürərək dərhal həyətə çıxın;

- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında duraraq yanğınsöndürənləri gözləyin;

- xilas olanadək yanğının baş verdiyi qonşu otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm parça ilə tutun;

- yuxarı mərtəbədə yaşayırsınızsa, xilas olmaq üçün aşağı tullanmayın;

- yanğın zamanı liftdən istifadə etməyin;

- yanğın baş verdikdə qonşuları xəbərdar edin.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)