Məişətdə kimyəvi maddələr

Kimyəvi maddələr yalnız emal, ya da sənaye sahələrində istifadə edilməyib, gündəlik həyatımızın da bir parçası halına gəlmişdir.
Mətbəx və duşu təmizlədiyimiz, paltar və qab-qacaqları yuduğumuz, zərərvericilərə qarşı, habelə bağçanı gübrələdiyimiz zaman istifadə etdiyimiz vasitələr, boya,  benzin və s. kimi məhsullar kimyəvi maddələrdir. Evlərimizdə istifadə etdiyimiz və kimyəvi maddə olaraq qiymətləndirmədiyimiz bir çox məhsul vardır. Bunlardan bəzilərini qeyd edək: sabunlar, şampunlar, dezodorantlar, ətirlər, dərmanlar, öskürək siropları,  vitaminlər, bitki mənşəli dərmanlar və s.
Bütün kimyəvi məhsulları təlimatlarına uyğun olaraq düzgün bir şəkildə saxlamaq və istifadə etmək olduqca əhəmiyyətlidir.
Kimyəvi maddələr zəhərli və yanar ola, ya da qarışdırıldığı zaman şiddətli reaksiya verə bilərlər.
Kimyəvi maddələri etibarlı bir şəkildə saxlamaq və istifadə etmək üçün bir sıra tövsiyələrə diqqət yetirmək məsləhətdir:
- Hər hansı bir kimyəvi məhsulu alarkən və ya istifadə edərkən  əvvəlcə üzərindəki etiketi oxuyun. Məhsulun düzgün istifadəsini və daşıdığı təhlükələri diqqətlə öyrənin.
- Evdə, xüsusilə orada uşaqların olduğu halda, ən az təhlükə ehtiva edən kimyəvi məhsulları seçin.
- Kimyəvi məhsulları uşaqların əlləri çata bilməyəcəyi bir şkafa qoyaraq, onu qıfıllayın. Ən təhlükəli məhsulları şkafın ən dib qismində saxlayın.
- İstehsalçı firmanın təlimatlarını izləyin. Təklif edilən qoruyucu vasitələrdən (əlcək, təhlükəsizlik gözlüyü və s.) istifadə edin.
- Kimyəvi məhsulları öz orijinal qutularında saxlayın. Bütün qutuları oxunaqlı bir şəkildə etiketləyin.
- Bəzi dərmanların yemək və ya içkilərə bənzədiyini unutmayın.
- Bunları uşaqların əli çata bilməyəcək bir şkafa qoyun.
- Kimyəvi maddələri bir-biriylə qarışdırmayın.
- İşiniz üçün lazım olandan daha çox kimyəvi maddə hazırlamayın.
- Kimyəvi maddələri kanalizasiyaya boşaltmayın.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)