San-Diyeqo hava limanında baş vermiş faciə

1978-ci ilin 25 sentyabrında Los-Ancelesdən qalxan "Pasifik Sautvest Erlayns" kompaniyasına aid "Boinq-727" San-Diyeqo aeroportuna enirdi.

Hec bir şey faciənin baş verəcəyindən xəbər vermirdi. Elə bu vaxt hansısa pilot təlimatçısı ilə kiçik bir təyyarədə enmə qaydalarını  məşq edirdi.

Ekipajlar biri-birini son ana kimi görmürdü. Birdən "Boinq"in qanadı təlim təyyarəsi ilə toqquşaraq, onu darmadağın etdi. Bu hadisədə sərnişin təyyarəsi də alışıb yandı.

"Boinq"in "qara yeşiyindən" çıxarılan son yazılar ekipajlar arasında baş vermiş dialoqu əks etdirirdi. Sonda kiminsə son vida sözü eşidilmişdi: "Mey, səni sevirəm!"

Bir müddət sonra müəyyən edilmişdi ki, bu səs aviakompaniyanın pilotlar kabinəsində uçan əməkdaşlarından birinə məxsus idi və o, həyat yoldaşına son sözlərini çatdırmaq üçün özüyazan aparatdan bu cür qeyri-adi istifadə etmişdi.

"Qara yeşik" bu məqsədlə ilk dəfə idi ki, istifadə edilirdi. Bir neçə saniyədən sonra alışıb yanan "Boinq" tarlaya düşmüş və aşağıda olan 7 nəfərin və eləcə də təyyarədə uçan 135 nəfərin ölümünə səbəb olmuşdu.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)