Tullantıların yandırılmasının nəticələri

Məlumdur ki, insanlar fəlakətlərə və qəzalara qarşı qorxu hissi keçirirlər. Təhlükəli, boyük həcmli fəlakətlərə nisbətən kiçik təhlükələr daha çox yayılıb. Bəzi faktorların insan orqanizminə təsiri dərhal baş vermir, bəzən onlar bunu heç hiss etmirlər.

Adətən yazda və payızda, şəhər küçələrində, həyətlərdə, zavodların ərazisində, parklarda kütləvi təmizləmə işləri aparılarkən toplanmış zibillərin yandırılması nəticəsində çoxlu miqdarda zəhərli tüstü yaranır. Bu zaman heç kimin ağlına belə gəlmir ki, məişət tullantılarının yanmasından insan orqanizmi üçün zərərli məhsullar yaranır. Bitum, ruberoid, polietilen lövhələrin yanması nəticəsində atmosferə on beşə yaxın zəhərli maddə xaric olur ki, bunların arasında fenol, formaldehid kimi zəhərli maddələr var.

Yanma nəticəsində yaranan kimyəvi maddələr yalnız zəhərli olduğu üçün təhlükəli deyil. Tez-tez onların təsiri nəticəsində gözlə hiss edilməyən mutasiya (insanın genetik hüceyrələrində dayanıqlı dəyişiklik), teratogenlik (anomaliyalar, dölün inkişaf qüsurları), qonadotropluq (hipofizin ön payına təsir nəticəsində cinsiyyət vəzilərinin inkişafına təsir), kanserogenlik (bəd xassəli törəmələrin yaranması) kimi bioloji effektlər yaranır.

Zibillərin və kimyəvi istehsalat tullantılarının yandırılması nəticəsində çox zəhərli maddə olan dioksin yaranır. Kimyəvi xüsusiyyətlərinə görə o, təsirsiz olduğu üçün ərazidə davamlılıq xüsusiyyətinə malikdir. İnsanın kiçik dozalarda dioksinlə zəhərlənməsi hətta bir neçə il müddətində baş verə bilər. Amma kəskin zəhərlənmə hallarına da rast gəlinir. 1993-cü ildə Orexovo-Zuevoda xəstəxanaya birdən - birə ağır zəhərlənmə ilə onlarla insan daxil olmuşdu. Onların hamısı şəhərdəki dəmir yolunda selluloz tullantıları ilə dolu vaqonun yanması nəticəsində dioksidin yaranmasından sonra xəstələnmişdilər.

 Sosioloji tədqiqatların nəticələrinə görə insanlar arasında narahatlıq doğuran problemlər arasında ekoloji  şərait ikinci yer tutur. Şəhərdə zibilliklərin artmasının, məişət tullantılarının şəhər daxilində yandırılmasının qarşısı alınmalıdır. Belə ki, plastik butulkaların, polietilen torbaların yanması nəticəsində çoxlu zəhərlı qazlar yaranır ki, bu da ekoloji problemlər yaradır.

Bəzən insanlar lazımsız bildikləri əşyaları şəhər küçələrinə atır. Bu cür tullantılar isə ümumilikdə bəzən tonlarla zibil yığılmasına səbəb olur. Hər şeydən öncə şəxsi təhlükəsizliyimizi təmin etmək üçün davranış mədəniyyətini  yüksəltmək lazımdır.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)