İqtisadi obyektlərdə davamlı fəaliyyətə hazırlıq

İqtisadi obyekt və əhalinin həyat təminatı sistemi  öz funksional imkanını tam və ya qismən saxlayan fövqəladə hadisələrdə hətta onlara imkan verən həyat qabiliyyətinin müəyyən ehtiyatına malikdir. Bu qabiliyyət davamlılıq adlanır.

Öz fəaliyyəti dövründə istənilən müəssisədə yanğının yaranması, obyektə təbii fəlakətin təsiri və obyektə kənardan texnogen təsirlə bağlı vaxtında iş aparılmalıdır. Ona görə də mühəndisin bu şəraitdə istehsal fəaliyyətinin davamlılığının saxlanılması və yüksəldilməsi üçün təcrübəli olması çox aktualdır.

İqtisadi obyekt iqtisadi məhsulları (insan əməyinin nəticəsini və təsərrüfat fəaliyyəti) istehsal edən və müxtəlif növ xidmətləri yerinə yetirən təsərrüfat fəaliyyəti subyekti adlanır. İqtisadi məhsul maddi-əşya, yaxud da informasiya (intellektual) formasında təqdim edilə bilər.

İqtisadi obyektlərə nümunə kimi müxtəlif növ sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı obyektləri, elmi-tədqiqat, layihə -konstruktor və sosial müəssisələr aiddir.

Bütün iqtisadi obyektlər - sənaye, nəqliyyat, energetika, aqrosənaye elə şəkildə layihələndirilir ki, onların möhkəmliyi və təhlükəsizliyi maksimum yüksək olsun. Ancaq qəbul edilmiş faktorları nəzərə alaraq (bütün potensial təhlükə halında fövqəladə vəziyyətin yaranma riskinin istisnasının qeyri-mümkünlüyü) iqtisadi obyektlərdə qəzalar demək olar ki, baş verir və obyektə ziyan yetirən ağır nəticələrə gətirib çıxarır.

İqtisadi obyektlər üçün ağır nəticələr həmçinin obyektdən kənarda (təbii fəlakət, digər obyektlərdə qəzalar, hərbi fəaliyyətin aparılması) fövqəladə vəziyyətin yaranmasında onlara göstərilən xarici təsir də doğura bilər. Bütün adını çəkdiyimiz hallarda birbaşa təsirdən başqa iqtisadi obyektlərdə tələfat orada istehsalın pozulmasına gətirir ki, bu da onun fəaliyyət göstərməsində möhkəmliyi itirir.

Ümumiyyətlə, fövqəladə hallarda sənaye obyektinin möhkəm fəaliyyət göstərməsi altında bu şəraitdəki, həmçinin korlanma halında bərpa etməyə bu obyektlərin qabiliyyəti şərtlərə müvafiq planda nəzərdə tutulmuş və həcmdə və nomenklaturada müəyyən növ məhsulları obyektin buraxmaq qabiliyyəti kimi başa düşülür. Maddi predmetlərin (nəqliyyat, rabitə, elektroenergetika, həyat əhəmiyyətli digər sistemlər, elm, təhsil və s.) istehsalı ilə əlaqədar olmayan obyektlər üçün fəaliyyət göstərmə möhkəmliyi obyektin öz funksiyasını yerinə yetirmək və onu bərpa etmək qabiliyyəti ilə müəyyən edilir. Ona görə də iqtisadi obyektlər personalla, binalarla, qurğularla, istilik-enerji resursları ilə, texnoloji (texniki) sistemi təşkil edən keyfiyyət bazasına daxil olur və müəssisədə uyğun şəkildə onların möhkəmliyini müəyyən edir. Texnoloji (texniki) sistemin möhkəmliyi adı altında fövqəladə vəziyyətlərdə onun iş qabiliyyətinin saxlanılması imkanı başa düşülür.

Müasir iqtisadi obyektlər çox vaxt mürəkkəb mühəndis -iqtisadi və yaxud da digər kompleksləri özündə əks etdirir və onların möhkəmliyi bilavasitə təşkil olunmuş davamlılıqdan asılıdır.

Belə elementlərə misal üçün istehsal personalı, istehsal sexlərin bina və qurğuları, sistem təminatı elementləri (xammal, yanacaq, komplektləşdirici elementlər, elektrik enerjisi, qaz və s.) istehsalın idarəedilmə sisteminin elementləri, fəhlə və qulluqçuların müdafiəsi üçün sığınacaqları qeyd etmək olar.

İqtisadi obyektin dayanıqlı fəaliyyət göstərməsi obyekt üzərində həyata keçirilən istehsal prosesinin təhlükəsizliyindən, emal edilən, nəql olunan, saxlanılan xammal və materialın təhlükəlilik dərəcəsindən, onun miqdarından və davranış qaydasından asılıdır. Obyekt üzərində fəaliyyətin davamlılığına həmçinin ərazinin tikintisinin xarakteri (tikintinin strukturu, sıxlığı və tipi), əhatə olunan yaşayış və digər istehsal obyektləri, nəqliyyat kommunikasiyaları, istehsal prosesi obyektində həyata keçirilən təhlükəsizliyin dərəcəsinə təsir edir. Fəaliyyətin davamlılığı bundan başqa personalın vəziyyəti, həmçinin təhlükəsizlik üzrə mütəxəssislərin və ixtisaslı personalın səviyyəsi, texnologiya və istehsal intizamı, işin icrasına rəhbərliyin və mühəndis texniki işçilərin təsiri və bəzi istehsal xüsusiyyətlərindən asılıdır.

Möhkəmliyin səviyyəsi həmçinin elmi-tədqiqat və konstruktor işlərinin tempi və nəticələri ilə onun tətbiqi vəziyyəti ilə şərtlənir ki, bu da son nəticədə istehsal texnika və texnologiyasının yeniləşməsi və müasirləşməsi ilə əlaqəlidir.

Konkret fövqəladə vəziyyətdə fəaliyyətin möhkəmliyini itkiyə aparan iqtisadi obyektin törəyici xarakteri və dərəcəsi fövqəladə halların (təbii fəlakət, texnogen xarakterli qəza) mənbəyinin törəyici faktorların parametrlərindən, törəyici faktorların formalaşma episentrinə qədər məsafə, binanın, qurğuların və avadanlıqların texniki xarakteristikası, obyektin planlaşdırılması, meteoroloji və digər şərtlər , həmçinin fəlakətə qarşı duran personalın bacarığından asılıdır.

Fövqəladə hallarda iqtisadi obyektdə dağıntı və itkinin həcmi və xarakteri nəinki törəyici faktorların təsirindən, həmçinin əvvəlki adını çəkdiyimiz şərtlərdən, bu obyektin fəaliyyətinin möhkəmliyindən asılı olacaq.

İqtisadi obyektin fəaliyyətinin yüksəldilməsi fövqəladə vəziyyətin aradan qaldırılması üçün şərtlərin təşkili və iqtisadi obyektin bərpası üzrə işlərin müddətinin sıxılmasında həyata keçirilən fövqəladə halların mənbəyinin törəyici faktorlarından mümkün dağıntı və itkinin maksimum aşağı salınmasına istiqamətlənən tədbirlərin vaxtından əvvəl həyata keçirilməsi yolu ilə nail olunur. Belə tədbirlər gündəlik fəaliyyət ərzində, həmçinin fövqəladə vəziyyət şəraitində həyata keçirilməlidir.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)