İstehsalat prosesində təhlükəsizlik

İstehsalat prosesində təhlükəsizliyi təmin etmək üçün layihələndirmə və təşkilati qərarlar barədə kompleks şəkildə tədbirlər həyata keçirmək lazımdır. Belə ki, bu zaman təhlükəsizliyə nail olmaq üçün:

- istehsalat prosesində mütərəqqi və qabaqcıl müasir texnologiya tətbiq olunması,

-  təhlükəsiz istismarın norma və qaydalarının hesaba alınması ilə istehsalat avadanlıqlarının seçimi və yerləşdirilməsi,

- istehsalat meydançalarının seçimi zamanı sənaye sanitariyası, əməyin gigiyenası və texniki təhlükəsizliyin hesaba alınması,

- müəssisədə işləyənlərin peşə seçimi və hazırlığı,

-  avadanlıqların texniki və insanların erqonomik imkanlarının hesaba alınması ilə istehsalat proseslərinin təşkili,

-  işçilərin təhlükəli və neqativ faktorlardan kollektiv və fərdi müdafiə üsullarının tətbiqi,

- təhlükəsizlik tələbləri, sənaye sanitariyası və əməyin gigiyenasında tələblərin yerinə yetirilməsinə nəzarət edilməsi vacibdir.

İstehsalat prosesində təhlükəsizliyə nail olmaq üçün toksiki və zərərli maddələrin daha təhlükəsizlərlə əvəz olunması, yanğın və partlayış təhlükəli proseslərin olmaması önəmli rol oynayır.

Texnoloji proseslərin müxtəliflik təşkil etməsinə baxmayaraq, əmək şərtlərinin təhlükəsizliyinə nail olmaq üçün ümumi tədbirlər və tələblər mövcuddur. Bura aşağıdakılar aiddir:

- distansion idarəetmə, istehsalat proseslərinin kompleks mexanikləşdirmə və avtomatlaşdırılmasının tətbiq edilməsi,

-  işçilərin zərərli maddələrlə, neqativ faktorlarla bilavasitə kontaktının istisna edilməsi,

-  texnoloji avadanlıqların hermetizasiyasının təmin edilməsi,

-  texnoloji proseslərin təhlükəsizliyi üçün nəzarət sisteminin tətbiqi,

- texnoloji avadanlıqların avtomatik söndürülmə və bağlanma vasitələrinin tətbiq edilməsi,

- əməyin səmərəli rejimlərinin, neqativ təsirdən xəbərdarlıq məqsədilə istirahətin, təhlükəli və zərərli istehsalat amillərinin təsiri ilə profilaktikanın tətbiq edilməsi,

- elektrik avadanlıqları və cihazları ilə işləyərkən elektrik təhlükəsizliyinin təmin edilməsi,

- partlayış, yanğın təhlükəsizliyinin təmin edilməsi və s.

Sadalanan bütün tədbirlər əməyin təhlükəsiz təşkilində çox mühüm rol oynayır.

 

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)