Xilasetmə avadanlığı və qurğuları

"İC Avtomatik Enmə Sistemi" fövqəladə hallarda hündür mərtəbəli binalardan insanların fərdi və qrup halında endirilməsi üçün nəzərdə tutulmuşdur.

"İC-301 Sistemi" xüsusi hazırlıq və tədris tələb etmir.

"İC-301 Sistemi" yelləncək tipli kanat- buraxıcı prinsipi üzərində işləyir: bir adam yenincə, kanatın digər ucu qalxaraq, ikinci insanın ondan istifadə etməsinə şərait yaradır. Sistem istismarda sadə, davamlıdır, ardıcıl olaraq, çəkisindən asılı olmayaraq (140 kiloqramadək), bir çox insanı təxliyə etməyə imkan verir.Sistemin aşağıya enmə sürəti dəyişməzdir (orta hesabla saniyədə 1 metr).

"İC-301 Sistemi" bayıra (eyvana, pəncərəyə, terrasa) çıxışı olan hər bir otaqda quraşdırıla bilər.

"İC-301 Sistemi"  əyləc blokundan və özü çəkilib bağlanan ilgəkli polad trosdan ibarətdir. Sistem vasitəsilə zərərçəkənlər 100 metrədək hündürlükdən təxliyə edilə bilərlər. Sistemin enmə sürəti saniyədə 0,9- 1,1 metrdir.Sistemin zəmanətli ehtiyatı 30 enmə, tam hazır vəziyyətə gətirilmə müddəti 1 dəqiqə, əyləc qurğusunun kütləsi 4 kiloqramdan çox deyil.Konteynerdə kütləsi 5 - 9 kiloqrama bərabərdir.

"İC-301 Sistemi"i istifadə edildikdə istismar təlimatları dəqiqliklə yerinə yetirilməlidir.

1.Təhlükəsizlik məqsədilə əvvəlcədən istismar təlimatını oxuyun və sistemlə tanış olun.

2.Sistemdən yalnız fövqəladə hal yarandıqda və təxliyə məqsədləri üçün istifadə edin. Sistemdən digər təxliyə üsulları mümkünsüz olduqda (qapı, pəncərə, pilləkən, lift) istifadə edin.Sistemdən digər məqsədlər üçün istifadə edilməsi qadağandır.Sistemdən təminat olmadan məşq və nümayiş məqsədləri üçün istifadə etmək olmaz.

3. Sistemin pasportunda göstərilən hündürlükdən artıq məsafədən enmək də qadağandır.

4.Enmə bir dəfəyə 1 adam hesabı ilə həyata keçirilir.Enmə sisteminin trosunu gücə salmayın! Enmə sistemindən yaşlılar və uşaqlar istifadə etdikdə, onlara yardım zəruridir.

5.Enmə sistemi təxliyə yerlərinə yaxın məsafədə saxlanılmalıdır.

Bu qaydalara əməl olunması fövqəladə hal yarandıqda həyatınızı etibarlı qoruyar!

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)