İstehsalatda təhlükəli zonalar

Təhlükəli və ya ziyanlı istehsalat faktorunun yaranması ehtimalı olan hər bir sahə təhlükəli zona adlandırılır.

Təhlükəli zonalara hündürlük səviyyələri arasında fərqlərin çəpərlənməyən, elektrik avadanlığının cərəyan hissələrinin izolə edilməyən, hərəkət edən ovlama  alətlərinə, maşın və mexanizmlərə və onların işlək hissələrinə  yaxın yerləşən zonalar aiddir. Ziyanlı maddələrin  icazə verilmiş maksimal hədlərdən  artıq saxlanıldığı yerlər, ziyanlı şüa ötürülmələri olan və yüklərin yerdəyişdirilməsi zamanı ətrafa yayılan səslərin son həd normalarını keçdiyi yerlər də təhlükəli zona sayılır. Bu və ya digər konstruksiyaların  dağıdılması (dağılması) zamanı da təhlükəli zonalar meydana çıxır. 

Təhlükəli və ziyanlı istehsalat faktorları daimi və vaxtaşırı ola bilər, avadanlığın dağılması və ya digər qəzalar nəticəsində isə qəflətən ortaya çıxa bilər. Məhz ona görə də adıçəkilən faktorların təsir xarakterinə görə təhlükəli zonalar stasionar (daimi) və qeyri-stasionar ola bilər.

Qeyri-stasionar təhlükəli zonalar bir çox tez-tez dəyişən və əvvəlcədən sezilməsi  mümkün olmayan təhlükəli  faktorların təsiri altında ortaya çıxır. Onların təsirini bu zonaların əmələ gəlməsinə səbəb olan cəhətləri dəqiq öyrənməklə müəyyən etmək olar. Təhlükə zonasının məkan ölçülərinin  müəyyənləşdirilməsi üçün onun təhlükəli və travmatik vəziyyətlərin monoqrafik və topoqrafik analizi əsasında qabarit ölçüləri müəyyənləşdirilir. Hətta eyni zona çərçivəsində təhlükə dərəcəsi və onun göstəricisi xarici faktorların keyfiyyətindən və onların  dərəcələrinin tezliyindən xarici faktorlar vaxtaşırı dəyişir. Məsələn, gəmilərdə istehsalat  prosesinin spesifikasına uyğun bu prosesin əksər hissəsi təhlükəli zonada baş verir.

Ovlama cədvəlinin təhlili göstərir ki,  matrosların istehsalat tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı iş yerlərinin 54 %  məhz təhlükəli zonada yerləşir.

Matrosların texnoloji  marşrutları üzrə hərəkətinin təhlükəsizlik səviyyəsinin  artırılması üçün ovlama cədvəli daim təkmilləşdirilməli, bütün səylər təhlükəli marşrutların və iş yerlərinin  təhlükəli zonadan çıxarılmasına (həmçinin, tarım çəkilmiş kanatların, ovlama  alətlərinin hərəkət edən elementlərinin ətrafında, göyərtənin su basan  hissəsindən) yönəldilməsidir. Bu şəraitdə  əməyin təhlükəsizlik səviyyəsinin artırılması müxtəlif avtomat və robotların tətbiqi, ovlama göyərtəsinin  artırılması və kanatların elə çəkilməsidir ki, onlar qırıldıqda  xidmət personalının travma alma ehtimalı  maksimum aşağı olsun.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)