Bir neçə gündən sonra 2017 - ci il öz yerini 2018 - ci ilə təhvil verəcək. Dünyamıza qədəm qoyacaq təzə ili yeni arzularla, ümidlərlə qarşılayacağıq. Son günlərini yaşayan 2017-ci il Azərbaycan üçün tərəqqi, sabitlik, yüksəliş ili kimi yaddaşlara yazılır. Ölkəmiz beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, yüksəlişin, sülhün məkanı kimi tanınır. Bu, ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhkəm bünövrə üzərində sürətlə inkişaf edən müstəqil Azərbaycanımızın real mənzərəsidir.
Ardını oxu