Fövqəladə Hallar Nazirliyi bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladır!

Təhsil müəssisələrində, iş yerlərində, mənzillərdə, mehmanxanalarda və digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, elektrik və qaz cihazları nəzarətsiz qoyulmamalıdır.

İnsanların kütləvi toplaşdığı yerlərdə hər hansı şübhəli əşya gördükdə həmin əşyaya toxunmadan dərhal yaxında olan hüquq mühafizə orqanlarına, Fövqəladə Hallar Nazirliyinin "112" və ya Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verməyinizi xahiş edirik.

İrimiqyaslı idman və mədəni-kütləvi tədbirlərin keçirildiyi müxtəlif məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə böyük izdiham yaşana bilər. Belə yerlərdə uşaqlarınızı nəzarətsiz qoymayın!

İzdihamlı yerlərdə xəsarət alma riski daha yüksəkdir. Odur ki, kütlə sürətlə hərəkət etməyə başlasa, özünüzü yıxılmaqdan qoruyun. Bunun üçün insan axınının sizi aparmasına imkan verin.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı "112" yə zəng edin!

 

Fövqəladə Hallar Nazirliyinin çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciəti

Yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Çimərlikdə qadağandır:

  • nəzərdə tutulmamış ərazilərdə çimmək;
  • çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
  • küləkli havada dənizə girmək;
  • çimərlikdə gecələmək,
  • sərxoş halda çimərlikdə olmaq;
  • suda kobud hərəkətlər etmək;
  • çimərlikdə balıq tutmaq;
  • xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

  • Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! 
  • Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
  • Çimərliklərdə istirahət saat 900-dan 2100-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! 

Təhlükə zamanı 112-yə zəng edin!

 

FHN-in avtonəqliyyat vasitələrinin sürücülərinə müraciəti!

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 

  • bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
  • tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
  • tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
  • tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
  • yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

  • evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
  • işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
  • ağac tezalışan oyuncaqla bəzədilməməli;
  • qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

  • şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
  • şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
  • pəncərədə dəmir barmaqlıq olmamalı;
  • məkanın iki çıxışı olmalı;
  • ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
  • otağın qapıları mütləq bayıra açılmalı;
  • məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
  • şənlikdə işıq tam söndürülməməli;
  • şənliyə tezalışan materialdan paltar geyinilməməli;
  • məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

  • qaz cihazı saz və standartlara uyğun olmalı;
  • cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
  • havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
  • hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
  • tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

 

İlan və əqrəb sancmaları ilə əlaqədar təhlükəsizlik qaydaları

Yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır.  Bu hallardan özünüzü qorumaq üçün bir sıra qaydaları bilməyiniz vacibdir.

Özünüzü ilan sancmasından necə qoruya bilərsiniz?

Meşəyə  gedərkən  əyninizə  uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir.

Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin.

Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin.

Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir.

İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın,  diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır.

Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər.

Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.

Özünüzü əqrəb sancmasından necə qoruya bilərsiniz?

Əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edin.

Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın.

Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin.

İlan və əqrəb sancması zamanı ilkin həkimə qədər tibbi yardım:

-zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin;

-sancılmış nahiyəni hərəkət etdirməyin;

-yaranı su ilə yuyun;

-soyuq kompress qoyun;

-yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərin;

-yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyun;

-jqut qoymaq olmaz!

-yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz!

-zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin;

-tibbi yardım çağırın.

Unutmayın, Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 

Yaşayış binalarında yanğının söndürülməsinə maneə törədilməməlidir!

Günvurma zamanı ilk yardım

Uşaqlarımızın həyatını təhlükəyə atmayaq

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir: Yay aylarında odla ehtiyatsızlıq fəlakət törədir!

Zəlzələdən sonra nə etməli?

Əleyhqazdan istifadə qaydası

Meşədə odla ehtiyatsızlıq fəlakət törədir!

Uşaqları çimərlikdə nəzarətsiz qoymayın

Çimərlik - Qaydalara biganəlik həyatımıza təhlükədir

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 41 (639) - 2019-12-06


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)