Назад

Bakı Regional Mərkəzi oktyabr ayının 14-də Yasamal rayonundakı 225 saylı orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri və praktik tədbir keçirmişdir

Tədbiri giriş sözü ilə Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi-idarə rəisinin müavini, polkovnik-leytenant Vaqif Teymurov açdı. O,  Fövqəladə Hallar Nazirliyinin son 5 il ərzində gördüyü işlər, tədbirin məqsədi və məramı barədə qısa məlumat vermişdir.

Daha sonra polkovnik-leytenant V.Teymurov “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları”, Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fərid Əzizov “Fövqəladə halların təsnifatı”, Operativ məlumat şöbəsinin baş zabiti leytenant Pərviz Əliyev “Kollektiv mühafizə qurğuları”, Təşkilati səfərbərlik bölməsinin baş zabiti baş leytenant Toğrul Vəliyev “Təbii fövqəladə hallar zamanı nə etməli”, İstismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi mayor Elgün Ələkbərov “Yanğın-Partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, Radiasiya, bioloji və kimyəvi təhlükəsizlik sektorunun baş məsləhətçisi Pərvin Ələkbərova “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, Operativ məlumat şöbəsinin baş zabiti daxili xidmət leytenantı Orxan Bağırov isə “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxış edərək tədbir iştirakçılarını məlumatlandırmışlar.

Orta məktəbin  müəllim və şagird heyətinə mühazirələr zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur qurumları və Yaponiyada mart ayında baş vermiş zəlzələ barədə videoçarxlar nümayiş etdirilmişdir.

Sonra orta məktəbin həyətində yaradılmış təlim nöqtələri üzrə məşğələ iştirakçılarına Mərkəzin Almaniya istehsalı olan Mercedes BENZ Sprinter xüsusi təyinatlı avtomobilinin və onun komplektinə daxil olan müxtəlif alət və avadanlıqlar nümayiş olunmuşdur.

Mülki müdafiə qoşunlarının əməkdaşları isə fərdi mühafizə vasitələri və kəşfiyyat cihazları, onların hansı şəraitdə istifadə olunması barədə geniş məlumat vermişlər.

Təcili Təxirəsalınmaz Tibbi Xidmət Stansiyasının nümayəndələri və Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının əməkdaşları maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yollarını, sınıqlar və  qanaxmalar zamanı iş üsullarını göstərmişlər.

Dövlət Sularda Xilasetmə Xidmətinin təqdimatı çərçivəsində isə müəllim və şagird heyətinə,  xüsusi olaraq əraziyə gətirilmiş kater, skuter, kvadrosikl, akvalanq və üzmə vasitələri, səsgücləndiricilər, generator, xilasetmə halqası və jiletləri nümayiş olunmuşdur.

Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə döyüş növbəsinin təqdimatı ilə davam etdi. Bu zaman yanğınsöndürən maşınlar, onların tərkibində olan avadanlıqlar şagird və müəllim heyətinə nümayiş olunmuşdur.

Bakı Regional Mərkəzinin maarifləndirmə tədbirləri davam edir.

Южный региональный центр МЧС провел донорскую акцию

В поддержку призывов и инициативы Фонда Гейдара Алиева к акции добровольной сдачи крови также присоединились и структуры Министерства по чрезвычайным ситуациям, расположенные в регионах. ...

Подробнее

Государственная Служба Пожарного Надзора МЧС продолжает проведение просветительских мероприятий

10 марта 2020 года Государственная Служба Пожарного Надзора МЧС провела ряд просветительских мероприятий: Карабахское Региональное Государственное Управление...

Подробнее

Государственная Служба Пожарного Надзора МЧС продолжает проведение просветительских мероприятий

4 марта 2020 года Государственная Служба Пожарного Надзора МЧС провела серию просветительских мероприятия: Карабахское Региональное Государственное Управление...

Подробнее