Назад

FHN-nin Bakı Regional Mərkəzində Bakı şəhəri Rayon İcra Hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin Əlaqələndirmə Komissiyası yaradılmışdır.

Komissiyanın yaradılmasında məqsəd paytaxt ərazisində yerləşən bina və qurğularda texniki təhlükəsizlik işinin təşkili və monitorinqi, qəza təhlükəli binaların müəyyən edilməsi, III məsuliyyət səviyyəli bina və qurğularda təhlükəsizlik qaydalarına riayət edilməsi sahəsində aparılan işlərin yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsini təmin etməkdən ibarətdir. Komissiya bina və qurğularda texniki normaların pozulması nəticəsində sakinlərin həyat fəaliyyəti üçün yaranmış təhlükələrin qarşısının alınması məqsədilə Mərkəzin fəaliyyətinin bütün maraqlı tərəflərlə, ilk növbədə yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilməsi, həyata keçirilmiş monitorinqlərin qiymətləndirilməsi, ümumiləşdirilməsi və aidiyyəti təşkilatlara müvafiq təkliflərin hazırlanması ilə məşğul olacaqdır. Komissiyanın rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlığı onun fəaliyyətinin şəffaflığının və peşəkar səviyyəsinin təmin edilməsi üçün  mühüm şərtlərdən biri kimi nəzərdə tutulur.

Mərkəzin müraciətinə cavab olaraq bütün RİH Başçıları Əlaqələndirmə Komissiyasının üzvlüyünə öz rəsmi nümayəndələrinin namizədədliklərini  təklif etmişlər. Onlar, əsasən RİH-lərin rayon təsərrüfatı şöbələrinin və yaşayış-kommunal təsərrüfatı idarələrinin müdirləridir.

          Cari ilin yanvar ayının 12-də Bakı Regional Mərkəzində Komissiyanın ilk iclası keçirilmişdir. Komissiyanın tam heyətdə keçən bu iclasında Mərkəzin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və RİH nümayəndələri iştirak etmişlər.

         İşgüzar və konstruktiv müzakirə şəraitində keçmiş bu iclasda belə bir yekdil nəticə əldə edilmişdir ki, hazırda Bakı sakinlərinin təhlükəsizliyi nöqteyi-nəzərindən bütün yaşayış evlərinin zirzəmilərinin və birinci mərtəbədəki keçmiş mənzillərin yerində fəaliyyət göstərən kommersiya obyektlərinin monitorinqinə ciddi ehtiyac vardır. Monitorinq aşağıdakı məsələlərə aydınlıq gətirməlidir:

  • Zirzəmilərdə və 1-ci mərtəbələrdə yerləşən keçmiş yaşayış mənzillərinin yerində fəaliyyət göstərən obyektlərin ilkin və cari rəsmi statusu;
  • Zirzəmilərdən sığınacaq kimi istifadə imkanı;
  • Binalarda yolverilməz konstruktiv dəyişikliklərin aparılması halları;
  • Təhlükəli cihaz və avadanlıqların istismarı halları;
  • Təhlükəli istehsalat proseslərinin mövcudluğu;
  • Yanğın təhlükəsizliyi şərtlərinin pozulması halları;
  • Ərazilərə xilasedici texnikaların daxil olması imkanlarının mövcudluğu;
  • Binalarda lift təsərrüfatının vəziyyəti;
  • Yaşayış binalarında havalandırma sistemlərinin vəziyyəti;
  • Yoxlama aparılan yaşayış massivində sakinlər üçün təhlükə yaradan digər amillərin mövcudluğu;
  • III məsuliyyət səviyyəli obyektlərin monitorinqi;

İclas iştirakçıları yoxlamaların qrafikini, hesabat forması və qaydalarını da müzakirə etmişlər. Qərara alınmışdır ki, aşkar olunmuş faktlarla materiallar nazirliyin digər aidiyyəti səlahiyyətli qurumlarına, eləcə də mahiyyətindən asılı olaraq hüquq-mühafizə orqanlarına göndəriləcəkdir. Fikir mübadiləsi zamanı istismar müddəti bitmiş yaşayış evlərinin, eləcə də, müxtəlif mobil operatorların və kabel televiziyası şirkətlərinin insanların sıx yaşadığı massivlərdə və uşaq müəssisələrinin bilavasitə yaxınlığında xaotik surətdə quraşdırdıqları böyük ölçülü antennaların da sakinlərin səhhəti üçün təhlükə mənbəyi olduğu bildirilmişdir. Qaldırılmış məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. İclasın sonunda iştirakçılara Mərkəz əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı binalarda yol verilmiş ciddi konstruktiv pozuntulardan bəhs edən 200-ə yaxın şəkil nümayiş etdirilmişdir.

     Əlaqələndirmə Komissiyasının növbəti iclası fevral ayının 11-də keçiriləcəkdir.

Сотрудники МЧС успешно выступили на международных соревнованиях

19 ноября 2019 года в Спортивно-оздоровительном центре Министерства по чрезвычайным ситуациям состоялась встреча с сотрудниками ведомства, успешно выступившими на международных соревнованиях. ...

Подробнее

Государственная Служба Пожарного Надзора МЧС продолжает работу по устранению источников опасности на потенциально пожарных территориях

В целях устранения пожарной опасности в городах и районах республики, с участием структур местных исполнительных органов и муниципалитетов проводятся работы по расчистке заранее намеченных территорий, не предназначенных для сбора бытовых отходов,  расположенных  в непосредственной близи от  дорог и объектов различного назначения  - сухой травы и проч. Мероприятия включают......

Подробнее

Гянджинский региональный центр МЧС провел просветительское мероприятие

14 ноября 2019 года сотрудники Управления Гражданской обороны Гянджинского регионального центра МЧС   провели просветительское мероприятие с участием жителей села Алибейли Товузского района на темы: «Переселение население в период чрезвычайных происшествий», «Правила использования средств индивидуальной защиты», «Правила поведения во время чрезвычайных происшествий природного и техногенного характера». ...

Подробнее