Back

“Cəsurlar” hərbi-idman və turizm yarışlarının Bakı şəhər birinciliyi keçirildi

Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, KHVTİC Respublika Şurasının birgə təşkilatçılığı Cəmşid Naxçıvanski adına hərbi liseydə aprel ayının 9-da “Cəsurlar” hərbi-idman və turizm yarışlarının Bakı şəhər birinciliyi keçirildi. Yarışın keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında və Fövqəladə Hallar Nazirliyinin hərbi və xüsusi birləşmələrində xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən  ibarətdir.

Yarışda Binəqədi, Qaradağ, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Xətai, Sabunçu, Səbail, Yasamal, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhərinin komandaları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Bundan sonra təşkilatçılar  yarışın keçirilməsi barədə çıxışlar etdilər.

Komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər. Daha sonra komandalar sıra hazırlığı mərhələsində öz bacarıqlarını nümayiş etdirdilər.

Gərgin mübarizə şəraitində keçən "Cəsurlar" hərbi-idman və turizm yarışlarının Bakı şəhər birinciliyində Nəsimi rayonunun komandası 1-ci, Binəqədi rayonunun komandası 2-ci, Suraxanı rayonunun komandası isə 3-cü yerə layiq görüldü. Bu komandalara yarışın sonunda hədiyyələr və diplomlar, mülki müdafiə sahəsini əhatə edən mərhələlərdə fərqləndiklərinə görə Nəsimi rayonunun komandasına xüsusi hədiyyə təqdim olundu.

MES Regional centers continue awareness-raising events

Awareness-raising events on the theme “Rules of behavior and fire safety in case of emergency situations” were organized by MES North Regional Center at secondary school №2 in Sabran city, by MES Mughan Regional Center at Udulu village secondary school of Hajigabul region. ...

Read more

Awareness-raising events underway

Awareness-raising events were held at Zayam district nursery-kindergarten of Shamkir region by Ganja regional State Fire Control Department of MES State Fire Control Service, at Chemistry and Biology Lyceum......

Read more

MES Sumgayit Regional Center holds seminar-conference

Seminar-conference on the theme "Rules of behavior and fire safety in case of emergency situations" was held by MES Sumgayit Regional Center at “Azarkimya” Production Association on December 11, 2019. ...

Read more